Tapşırıqlarınızla görülən genişmiqyaslı sosial yardımlar və layihələr hər bir ailəyə bu çətin məqamda böyük dəstək oldu - professor Yusif Babanlıdan Prezidentə məktub

11:46 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm Cənab Prezident.

Bəşəriyyətin koronovirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda ölkəmizin apardığı mübarizə dünya dövlətləri arasında bir növ nümunəvi xarakter daşıyır. Xalqımızın sağlamlığının qorunması, sosial-maddi rifahının yaxşılaşdırılması və dayanıqlı iqtisadi inkişafın tənzimlənməsi üçün gördüyünüz təxirəsalınmaz tədbirlər ölkəmizdə və dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Cənab Prezident, sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstəriş və tövsiyyələrinizlə sosial izolyasiyanın yüksək səviyyədə baş tutmasının müsbət nəticəsini bu gün pandemiyanın əhaliyə mənfi təsirinin azalmasında görürük. Tapşırıqlarınızla görülən genişmiqyaslı sosial yardımlar və layihələr hər bir ailəyə bu çətin məqamda böyük dəstək oldu. Pandemiyadan zərər çəkən sektorlarda çalışanların əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən qarşılanması və dövlət tabeçiliyində olan müəssisələrdə işləyənlərin əməkhaqlarının tam ödənilməsi bir daha sübut etdi ki, insan amili dövlət üçün birinci mühüm məsələdir. Mən də idman sahəsində çalışan mütəxəssis və ən önəmlisi Azərbaycan vətəndaşı kimi ölkəmizin bu dünyəvi problemdən qorunması üçün yürütdüyünüz daxili və xarici siyasəti tam gücümlə dəstəkləyirəm. Ölkəmizin bu epidemiyadan az zərərlə çıxması və insanların sosial müdafiəsi naminə gördüyünüz bütün tədbirləri alqışlayır, Sizə dərin təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

ADBTİA-nın prorektoru, professor Yusif Babanlı